6 C
Baku
29 Yanvar 2026, 13:23
DünyaHadisə

İran Aİ üçün işləyən İsveç vətəndaşının həbsini təsdiqlədi

Bugun.tv xəbər verir ki, İran İsveçin Avropa İttifaqının (Aİ) əməkdaşı Yohan Floderusun ölkədə saxlanıldığını təsdiqləyib.

İran dövlət televiziyasının məlumatına görə, Məhkəmə Hakimiyyətinin sözçüsü Məsud Setayeşi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Bu İsveç vətəndaşı İran ərazisində törətdiyi cinayətlə bağlı ibtidai istintaqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Onun işi ilə bağlı prokurorluq tərəfindən aparılan hərtərəfli araşdırmanın nəticələri yaxın günlərdə səlahiyyətli məhkəməyə göndəriləcək”.

Setayeşi Aİ rəsmisinə qarşı ittihamlarla bağlı məlumat verməyib.

“The New York Times” qəzeti keçən həftə yazmışdı ki, Aİ Xarici Əlaqələr Xidmətində çalışan 33 yaşlı isveçli Yohan Floderus 2022-ci ilin aprelində turist kimi getdiyi İranda həbs edilib.

Bu xəbərdən sonra İsveç və Aİ rəsmiləri Floderusun İranda saxlanıldığını açıqlayıblar.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Rza Pəhləvi beynəlxalq dəstəyə çağırış etdi

Aynur Camal

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu