35 C
Baku
20 İyul 2025, 12:01
Dünya

İran: Artıq Suriyada hərbi mövcudluğumuz yoxdur

İran İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami bəyan edib ki, hərbi müşavirlər və İrana bağlı qüvvələri Əsəd rejimi devrilənə qədər Suriyada olublar, lakin hazırda Suriyada heç bir hərbi qüvvəsi yoxdur.

İran İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami İran İslam Şurası Məclisində Suriyadakı son hadisələrin müzakirə olunduğu qapalı iclasda çıxış edib. Salami bildirib ki, hərbi müşavirlər və İrana bağlı qüvvələr Əsəd rejimi devrilənə qədər Suriyada olublar, lakin hazırda Suriyada heç bir hərbi varlıqları yoxdur.

Parlamentin qapalı iclasında İsrailin Suriyaya hücumları və İranın onlara qarşı inkişaf etdirəcəyi hərbi strategiyalar da müzakirə edilib.

“Suriyadakı bütün tərəflərlə əlaqə saxlayacağıq”

İran hökumətinin sözçüsü Fatma Mühacərani Suriyada baş verənləri yaxından izlədiklərini ifadə edərək, “Suriya ordusunun qeyri-kafiliyi və döyüş əzminin olmaması səbəbindən Dəməşqdə rejim dəyişikliyi oldu. Ərazi bütövlüyünün və suverenliyinin qorunduğu Suriya ilə hər zaman qarşılıqlı ortaq maraq və hörmət çərçivəsində münasibətlərimiz olub. Ölkəmizin maraqları və təhlükəsizliyi ilə bağlı Suriyadakı bütün tərəflərlə təmasda olacağıq. “Biz Suriyadakı prosesləri yaxından izləyirik” – deyə bildirib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Avropanı su basdı! 7 nəfər ölüb

İntizar Əmirova

Səhər tez bir zamanda beyini oyatmağın beş sadə yolu

Aynur Camal

Harris Trampa zəng edib və onun tezliklə sağalmasını arzulayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu