27 C
Baku
28 İyun 2025, 10:38
Dünya

İran BAEA- ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləyib

İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləyib.

Dövlət televiziyasının məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qanun layihəsinin qəbulundan sonra açıqlama verib.

“İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərimizin təhlükəsizliyi tam təmin olunana qədər Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırır”, – Qalibaf deyib.

İran rəsmisi qeyd edib ki, ölkəsinin dinc nüvə fəaliyyətləri daha sürətlə inkişaf edəcək.

İyunun 23-də İran parlamentinin sədri Qalibaf deyib: “Biz peşəkar münasibətə dair konkret təminatlar alana qədər İranın MAQATE ilə əməkdaşlığını dayandıran qanun layihəsini parlamentdə qəbul etməyə çalışırıq”.

Qanun layihəsinin qüvvəyə minməsi üçün İranın Konstitusiya Keşikçiləri Şurasının təsdiqini tələb edir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dərini kremlə “həddən artıq qidalandırmaq” mümkündürmü? Dermatoloq izah edir

Aynur Camal

Avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb

Bugün TV

Şəhərində rabitə və internet xidmətləri kəsildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu