Dünya

İran Basra körfəzinə mina yerləşdirməklə hədələyir

Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda İran yeni sərt xəbərdarlıqla çıxış edib.

Rəsmi Tehran bildirib ki, ölkəyə qarşı hər hansı hücum cəhdi olarsa, Basra körfəzi dəniz minaları ilə bağlana bilər.

İranın Müdafiə Şurasının yaydığı açıqlamada qeyd olunub ki, ABŞ və İsrail tərəfindən İran sahillərinə və ya adalarına yönələcək mümkün hücumlar regiondakı bütün dəniz nəqliyyat xətlərinin minalanması ilə nəticələnəcək. Bildirilib ki, belə bir ssenari baş verərsə, körfəzdə gəmiçilik uzun müddət ciddi məhdudiyyətlərlə üzləşə bilər.

Açıqlamada həmçinin vurğulanıb ki, İranla qarşıdurmada iştirak etməyən ölkələrin gəmiləri Hörmüz boğazı vasitəsilə keçid üçün Tehranla koordinasiya etməlidir.

İran tərəfi əlavə edib ki, ölkənin enerji infrastrukturuna qarşı hər hansı hücum “dərhal və qəti cavab”la qarşılanacaq. Qeyd olunub ki, İsrailin Dimona şəhərinə edilən son hücum da Natanz nüvə obyektinə qarşı zərbəyə cavab olaraq həyata keçirilib.

Məlumatlara görə, bölgədə hərbi vəziyyət gərgin olaraq qalır və tərəflər arasında qarşılıqlı təhdidlər artmaqdadır. ABŞ ordusunun isə İran donanmasının fəaliyyətinə görə hələlik körfəzə tam daxil ola bilmədiyi bildirilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyevə ağır zərbələr endirdi: ölənlərin sayı 15-ə çatdı

Aynur Camal

Dünyanın ən küləkli şəhərinə uçuş niyə bu qədər çətindir

Aynur Camal

Çində minlərlə dollara çəkilən film gözlənilmədən kino hitinə çevrildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu