İdman

İran DÇ-2026 oyunlarını Meksikada keçirmək istəyir

İran 2026-cı ildə keçiriləcək FIFA Dünya Kuboku 2026 çərçivəsində oyunlarını Meksikada keçirmək üçün FIFA ilə danışıqlar aparır.

Məlumata görə, İran Futbol Federasiyasının prezidenti Mehdi Taj bildirib ki, ABŞ-da təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən milli komanda bu ölkədə oynamaq istəmir.

“ABŞ Prezidenti Donald Trump İran yığmasının təhlükəsizliyinin təmin olunmayacağını açıq şəkildə ifadə edib. Buna görə də ABŞ-a getməyəcəyik. Hazırda oyunlarımızın Meksikada keçirilməsi üçün FIFA ilə danışıqlar aparırıq”, – deyə o qeyd edib.

Bununla yanaşı, FIFA İran milli komandasını ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi turnirdə iştirak etməyə çağırır.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Beyin sağlamlığını qorumaq və insult riskini azaltmaq necə mümkündür

Aynur Camal

Mütəxəssislər: Qısa hərəkət zehni yorğunluğu azaltmağa kömək edir

Aynur Camal

Indian Wells turnirinin qalibi bəlli oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu