9 C
Baku
21 Dekabr 2025, 16:15
Dünya

İran dövlət televiziyası: Rəisi daşıyan helikopterin yeri müəyyən edilib

İranın Şərqi Azərbaycan İnqilab Keşikçiləri Komandanlığı prezident İbrahim Rəisi və onun nümayəndə heyətini daşıyarkən qəzaya uğrayan helikopterin yerinin müəyyən edildiyini bildirib.

İranın rəsmi xəbər agentliyi İRNA Şərqi Azərbaycan İnqilabı Keşikçilər Komandanlığının bəyanatını yayıb.

Açıqlamaya görə, qəza yerində olan helikopter və ekipaj üzvlərindən birinin mobil telefonundan siqnal daxil olub və əraziyə əsgərlər göndərilib.

Prezident Rəisi bu gün helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.

İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş edərkən baş verdiyini bildirib. Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan vertolyotda Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbriz cüməsi İmam Ayətullah Əli Haşimin də olduğunu açıqlayıb.

Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdiyini bildirir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Hərbi geyimli hücumçular 60 nəfəri öldürdü

Aynur Camal

Qəzzadan daha 114 xəstə müalicə üçün Türkiyəyə gətirilib

Elnarə Dərziyeva

Oksford Lüğətinə yeni söz əlavə edildi: Gigil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu