6 C
Baku
29 Yanvar 2026, 18:34
Baş xəbərDünyaHadisə

İran hökuməti etirazçılara qarşı təzyiqləri artırdı

Bugun.tv xəbər verir ki, “Hengaw” İnsan Haqları Təşkilatı 56 vəkilin məhkəməyə çağırılması barədə məlumat yayıb.

Məlumata görə, Bukan şəhər İnqilab Məhkəməsi vəkillərə bildiriş göndərərək, 5 gün ərzində məhkəməyə gəlib izahat vermələrini tələb edib.
Qeyd edək ki, həmin vəkillər ötən ilin sentyabr ayında Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində daha öncə Məhsa Əmininin (ötən il “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) ailəsinə dəstək məqsədli bəyanat dərc ediblər. Məhsa Əminin ailəsinə dəstək olduqları səbəbi ilə hökumətin təzyiqlərinə məruz qaldıqlarını bildirib və bu təqibləri pisləyiblər.

Mənbə: Azad İran

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Yatmaq vərdişləri ürək xəstəlikləri riskinə təsir edir

Aynur Camal

Tədqiqatlar: Nəvələrə gün keçirtmək orqanizmi gəncləşdirir

Aynur Camal

Rza Pəhləvi beynəlxalq dəstəyə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu