Dünya

İran: Hörmüz boğazından keçən ABŞ və müttəfiq gəmiləri “qanuni hədəfdir”

Yaxın Şərqdə gərginlik daha da artıb. İran ordusu bildirib ki, strateji əhəmiyyətə malik Hörmüz boğazından keçən ABŞ, İsrail və onların müttəfiqlərinə məxsus gəmilər “qanuni hədəf” hesab edilə bilər.

Dövlət televiziyasında yayımlanan açıqlamada ordunun mərkəzi əməliyyat komandanlığı olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı bildirib ki, neft yükü və ya gəminin özü ABŞ-a, İsrailə və ya onların müttəfiqlərinə məxsus olduğu halda həmin gəmilər hədəfə alına bilər.

Bəyanatda İran silahlı qüvvələrinin boğazdan “bir litr də olsun neftin keçməsinə icazə verməyəcəyini” də vurğulanıb.

Məlumata görə, bundan əvvəl İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında Tayland bayrağı altında üzən “Mayuree Naree” adlı yük gəmisinə atəş açdığını iddia edib.

Digər tərəfdən, İranın Kiprdəki səfiri Əlirza Salarian The Guardian qəzetinə açıqlamasında ABŞ-ın rəhbərlik etdiyi müharibənin uzun sürməyəcəyini bildirib.

Onun sözlərinə görə, regiona böyük hərbi qüvvə göndərilməsinə baxmayaraq, ABŞ və İsrail bu vəziyyəti uzun müddət davam etdirə bilməz.

Səfir həmçinin hava zərbələri nəticəsində təxminən 1400 İran vətəndaşının öldüyünü və bu rəqəmin hər gün artdığını iddia edib. Onun sözlərinə görə, 14 milyon əhalisi olan Tehran şəhərinin təxminən yarısı bombardman təhlükəsi səbəbindən digər bölgələrə köçüb.

Əlirza Salarian bildirib ki, İranın strategiyası ABŞ prezidenti Donald Trumpın “qeyd-şərtsiz təslim olma” çağırışına qarşı “qeyd-şərtsiz müqavimət” göstərməkdir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyən qətnamə qəbul edib

Aynur Camal

Türkiyə prezidenti İran müharibəsinin dayandırılmasına çağırıb

Aynur Camal

Böyük Britaniyada siyasi qalmaqal: hökumətdə araşdırma başladılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu