İran bu gün davam edən hərbi təlim çərçivəsində Hürmüz Boğazı’nın bir hissəsini bir neçə saatlıq təhlükəsizlik məqsədilə bağlayacağını açıqlayıb.
İran Dövlət televiziyası xəbər verib ki, Devrim Muhafızları Ordusu Hürmüz Boğazı və Fars Körfəzi’ndə təlimlərin əsas mərhələsinə başlayıb.
Təlimin məqsədi dənizdən gələcək mümkün təhlükələrə qarşı sürətli və genişmiqyaslı cavab verməkdir. İran bildirib ki, Boğazın bağlanması yalnız təlim zamanı baş verəcək və hərbi təhlükəsizlik səbəblərinə əsaslanır.
Qeyd olunur ki, ABŞ-ın İran ilə danışıqlar aparmasına baxmayaraq bölgədə hərbi mövcudluğunu artırması və əlavə donanma göndərməsi son həftələrdə gərginliyi yüksəldib. Buna cavab olaraq, İran Basra Körfəzi və Hürmüz Boğazı’nda hərbi təlimləri intensivləşdirib.
Hürmüz Boğazı dünya neft ticarətində strateji əhəmiyyətə malikdir. İran əvvəl də xəbərdarlıq etmişdi ki, ABŞ ilə hər hansı münaqişə zamanı Boğazı bağlaya bilər.
Mənbə: Trthaber
