14 C
Baku
21 Noyabr 2024, 19:34
Dünya

İran ilk dəfə olaraq İsrailə qarşı cavab hücumundan əl çəkə biləcəyinə işarə etdi!

Yalnız bir şərt varİran ilk dəfə olaraq İsrailə qarşı cavab hücumundan əl çəkə biləcəyinə işarə etdi. HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra qisas almağa and içən İran İsrailə yalnız bir şərt təklif edib. İsrailin Qəzzaya hücumları 10 aydan artıqdır davam edərkən, Yaxın Şərqdə gərginlik pik həddə çatıb. HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra İran qisas alacağını vəd edib və İsrail cavab hücumundan narahat olub. ABŞ İranın bu həftə hücum edə biləcəyini iddia edərkən, gözlənilməz hadisə baş verdi və İran ilk dəfə olaraq hücumdan əl çəkə biləcəyinə işarə edib.

İran İsrailə qarşı cavab zərbəsindən imtina etmək üçün danışıqlara işarə edib. Üç İran rəsmisi bildiriblər ki, İranın İsrailə hücum planından yalnız İsraillə Həmas arasında atəşkəs əldə olunarsa, imtina edilə bilər.

Adı açıqlanmayan yüksək rütbəli məmur bildirib ki, İsrail atəşkəsi qəbul etməsə və ya danışıqları uzatsa, Hizbullah kimi müttəfiqləri ilə birlikdə birbaşa hücuma keçəcək. Mənbələr cavab vermədən əvvəl İranın danışıqların irəliləməsinə nə qədər imkan verəcəyi ilə bağlı şərh verməyib.

Rəsmilər, əks halda İsrailə qarşı cavab tədbirlərinin necə olacağı ilə bağlı sıx dialoqda olduqlarını da bildiriblər.

Digər tərəfdən, İsrail İranın cavab hücumu zamanı itki və ya tələfat olmasa belə, qarşılıq veriləcəyini açıqlayıb.

İsrail ordusu radiosunun xəbərində “İsrail bu yaxınlarda ABŞ və Avropa ölkələrinə mesaj göndərib ki, İran ərazisindən istənilən birbaşa hücum İsrailin İran ərazisinə hücumu ilə qarşılanacaq” bəyanatlar daxil edilmişdir.

Xəbərdə, İsrailin tərəfdaşlarına göndərdiyi mesajlarda “İsrail itki verməsə belə, hücumun nəticələrindən asılı olmayaraq, Təl-Əvivin İranın hücumlarına cavab vermək və İrana hücum etməkdə qərarlı olduğu açıq şəkildə nümayiş etdirilib” vurğulanıb.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Amerikada qəribə hadisə yaşanıb

Nigar Məmmədova

Tarixi kafedral yandı: 5 il sonra zəng çalındı

Aynur Camal

6,6 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu