19 C
Baku
8 Sentyabr 2024, 3:42
Siyasət

İran İnqilab Keşikçiləri Korpusunun polkovniki öldürülüb

Bugün.tv BBC NEWS-a istinadən bildirir ki , iki silahlı şəxs evinin yaxınlığında, polkovnik Sayad Hodaiyə 5 dəfə atəş açaraq öldürüb. Hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib, silahlıların axtarışı davam edir.
Bildirilir ki, Polkovnik Sayad Hodai İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xaricdəki kölgəli qolu olan elit Qüds Qüvvələrinin yüksək rütbəli üzvü olub. ABŞ bu qüvvələri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdəki terror hadisələrini törədməkdə ittiham edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə:”Polkovniki İranın “qlobal terror agentləri ” öldürüblər.” -deyərək ,ABŞ və müttəfiqlərini nəzərdə tutub.

S.Xətibzadə həmçinin vurğulayıb ki, “terrorizmlə mübarizə apardıqlarını iddia edən ölkələr. çox təəssüf ki, susurlar və cinayəti dəstəkləyirlər”. Bundan əvvəl İran rəsmiləri İsraili belə qətllərdə iştirakda ittiham etmişdi. Sui-qəsd məlum olanda İran dövlət xəbərləri İslam İnqilabı Keşikçiləri Korpusunun İsrail casusları şəbəkəsini ifşa edərək həbs edib. .Bu barədə İsraildən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki , Hodai Qüds Qüvvələrinin son illərdə öldürülən ikinci yüksək rütbəli lideridir.

Bugün TV

Oxşar xəbərlər

Britaniya hökuməti: “Qarabağ Azərbaycanın tərkib hissəsidir”

Aynur Camal

Zurabişvili: “Mən hökumətin qanun layihəsini geri götürməsini alqışlayıram”

Nigar Məmmədova

İdmançılarımız İrəvanı tərk etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu