13 C
Baku
27 Mart 2026, 21:57
Dünya

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

İran ABŞ-la artan gərginlik fonunda mümkün quru müharibəsinə hazırlıq çərçivəsində genişmiqyaslı səfərbərlik həyata keçirir. Məlumata görə, ölkədə 1 milyondan çox hərbi və könüllü qüvvənin səfərbər edildiyi iddia olunur.

İranın Tasnim News Agency tərəfindən yayılan xəbərdə bildirilir ki, ölkə üzrə çağırış məntəqələrində ciddi sıxlıq müşahidə olunur. Xüsusilə SEPAH, “Bəsic” qüvvələri və nizami ordu bölmələrində könüllülərin sayının artdığı qeyd edilir.

İran rəsmiləri xəbərdarlıq ediblər ki, əgər ABŞ quru qoşunları ölkə ərazisinə daxil olarsa, buna “sərt cavab” veriləcək.

Digər tərəfdən, ABŞ-ın da regionda hərbi mövcudluğunu artırdığı bildirilir. Məlumatlara görə, ABŞ ordusunun 82-ci hava-desant diviziyasının yaxın günlərdə Yaxın Şərqə göndərilməsi gözlənilir və artıq bölgədə minlərlə dəniz piyadası yerləşdirilib.

Hərbi ekspertlər hesab edir ki, tərəflərin hazırlıqları paralel şəkildə artdıqca, regionda gərginliyin genişmiqyaslı münaqişəyə çevrilmə ehtimalı da yüksəlir.

Mənbə: TGRT Haber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

Çin ABŞ-a qarşı “ticarət maneəsi” istintaqına başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu