27 C
Baku
28 İyun 2025, 10:58
Baş xəbərDünya

İran niyə gecələr hücumlara başlayır? Bu heç də təsadüfi deyil

İran-İsrail müharibəsi davam edərkən, İranın gecə saatlarında raket hücumlarına başlaması diqqətdən yayınmayıb. İsrail mediasının məlumatına görə, İran aşkarlanma və hücum riskini azaltmaq üçün daha çox yanacaq doldurma əməliyyatlarını bu müddət ərzində həyata keçirir.

Müharibənin təfərrüatları günü-gündən ortaya çıxmağa davam edir…

İranın raketləri İsraildəki hədəfləri vurub.

İRAN NİYƏ GECE HÜCUM EDİR?

İsrailin “The Jerusalem Post” qəzeti İranın raket hücumları üçün gecə vaxtını seçməsinin təsadüf olmadığını iddia edib.

Məlumata görə, Tehranın gecənin qaranlığında həyata keçirdiyi hücumlar məxfilik, sürpriz və qorxu kimi elementləri ehtiva edən hərbi doktrinanı əks etdirir.

Bununla belə, məqsəd təkcə psixoloji müharibədə üstünlüyü əldə etmək deyil.

İranın hücumları üçün gecə vaxtını gözləməsi də bəzi texniki zərurətlərdən irəli gəlir.

Çünki təyyarələrdən fərqli olaraq raketlər hərəkət üçün atmosferdəki oksigendən asılı deyil.

Bunun səbəbi ballistik raketlərin oksigenin olmadığı və ya çox nadir olduğu yüksək hündürlüklərdə uçmasıdır.

Ona görə də hər bir raket yanacaqla yanaşı, oksidləşdirici maddələr də daşımalıdır.

“The Jerusalem Post” yazır ki, İranın uzaqmənzilli raketləri ümumiyyətlə maye yanacaqla işləyir.

Belə raketlərin buraxılışa hazırlaşması üçün vaxt lazımdır. Yanacaq və oksidləşdirici çox ehtiyatla raketin içərisinə yerləşdirilməlidir.

Bu vəziyyət İran ordusunu yanacaq doldurma mərhələsində İsrailin peykləri və kəşfiyyat təyyarələri qarşısında həssas edir.

İran aşkarlanma və hücum riskini azaltmaq üçün əsasən gecələr yanacaq doldurma əməliyyatları həyata keçirir.

Bu səbəbdən hücumlar üçün görmə qabiliyyətinin az olduğu və havadan aşkarlanma ehtimalının əhəmiyyətli dərəcədə azaldığı gecə saatlarına üstünlük verilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

BMT-nin baş katibi Quterreşin Yeni il mesajı

Aynur Camal

Ağac evin üstünə aşdı: 2 yaşlı uşaq öldü

Aynur Camal

Masallı rayonunda dəhşətli qətlə hadisəsi baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu