28 C
Baku
9 İyun 2025, 17:40
Dünya

İran Qum fırtınasından zərər çəkir

İranda son 5 gündə 1 milyon insanın qum fırtınasından mənfi təsirləndiyi və 1362 nəfərin xəstəxanalara müraciət etdiyi açıqlanıb.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, son 5 gündə İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası təsirli olub.

Sistan-Bəlucistan əyalətində baş verən qum fırtınası xüsusilə vilayətin şimal bölgələrində öz təsirini göstərib.

İnsan sağlamlığına ziyan vuran qum fırtınası səbəbindən 1362 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nüsrət Abad, Xaş, Saravan, İranşəhr və Mehristan şəhərlərində baş verən tufan 1 milyona yaxın insanın həyatına mənfi təsir göstərib, 1362 nəfər isə xəstəxanalarda müalicə alıb.

Sistan-Bəlucistanda “120 günlük tufanlar” adlanan küləyin gücləndiyi günlərdə tənəffüs yolları xəstəlikləri olan minlərlə insan xəstəxanalara müraciət edir.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hücuma məruz qalan baş nazir öz vəzifəsinə qayıtdı

İntizar Əmirova

Twitch 1 milyon rubl cərimələndi

Kəmalə Sultan

Gürcüstanda qanun layihəsi əleyhinə keçirilən nümayişdə əlbəyaxa dava olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu