11 C
Baku
18 Aprel 2026, 4:10
Dünya

İran raketi İsrailin mərkəzinə düşdü – yaralılar var

Yaxın Şərqdə gərginlik davam edir.

ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumların ardından Tehran misillemə zərbələrini gücləndirib.

İsrail mətbuatının məlumatına görə, İran tərəfindən buraxılan raketlərdən biri İsrailin mərkəzinə, o cümlədən Tel-Əviv şəhərinin mərkəzi hissəsinə düşüb. Hücum nəticəsində azı 4 nəfərin yaralandığı bildirilir.

Bundan əvvəl də İran raketlərinin İsrail ərazisinə düşdüyü barədə xəbərlər yayılmışdı. Məlumata görə, bir raket Beer-Şeva şəhərinə düşmüş, ilkin məlumatlara əsasən 17 nəfər xəsarət almışdı.

Martın 1-də isə İranın cavab zərbəsi nəticəsində Beyt Şemeş şəhərində yaşayış binasına raket düşmüş, 9 nəfər həyatını itirmişdi. 11 nəfərin taleyi ilə bağlı isə məlumat olmadığı bildirilmişdi.

Qeyd edək ki, İran Yaxın Şərqdə hərbi potensialını əsasən raket imkanları hesabına gücləndirir. Qısa mənzilli raketlərdən uzun mənzilli ballistik və qanadlı raketlərə qədər geniş arsenalı olan Tehran son illər regionda artan gərginlik fonunda beynəlxalq diqqət mərkəzindədir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu