13 C
Baku
16 Fevral 2026, 15:48
Baş xəbərDünya

İran səfirliyi qarşısında “şərəfsiz” şüarları

Koreyalılar İran səfirliyi qarşısında “şərəfsiz” şüarı ilə etiraz aksiyası keçiriblər.

Bugün.tv Azad İran xəbər portalına istinadən bildirir ki, Koreya vətəndaşları İranın Seuldakı səfirliyinin Güney azərbaycanlı alpinist Elnaz Rekabinin mediaya müsahibəsinə icazə verməməsinə sərt reaksiya veriblər.

Sosial şəbəkələrdə yayılan videoda koreyalıların İranın Seuldakı səfirliyi qarşısında “bişərəf” və “Qadın, həyat, azadlıq” şüarları ilə etiraz aksiyası keçirdikləri əks olunub.

Xatırladaq ki,  sözügedən aksiya Güneyli alpinist Elnaz Rekabinin dırmanma üzrə çempionatın finalında hicabsız çıxışından sonra bir müddət yoxa çıxdığı, ona basqıların və məcburi şəkildə İrana qaytarılması ilə bağlı xəbərlər yayıldığı vaxt keçirilib.

İrandakı etirazlara dəstək verən bir qrup Koreya vətəndaşı oktyabrın 19-da İranın Seuldakı səfirliyi qarşısında mətbuat konfransı keçirərək, İran rejimindən beynəlxalq yarışa qatılan qadın alpinist Elnaz Rekabinin məcburi şəkildə İrana qaytarılmasını izah etməyi tələb ediblər.

Bəzi etirazçılar da saçlarını kəsərək zərfə qoyub səfirlik binasına göndəriblər.

Aynur Camal

Oxşar xəbərlər

Peskov: Cenevrə danışıqlarında ərazi məsələsi müzakirə olunacaq

Aynur Camal

İranla əlaqəli 7 nəfərə sanksiya tətbiq edildi

Aynur Camal

ABŞ federal hökuməti Harvard Universitetinə məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu