8.4 C
Baku
5 Mart 2026, 17:16
Dünya

İran Türkiyəyə raket atdığı iddialarını təkzib edib

İran Türkiyəyə ballistik raket atdığı ilə bağlı yayılan məlumatları təkzib edib.

Rəsmi Tehran bildirib ki, İran Silahlı Qüvvələri Türkiyə ərazisini hədəf almayıb və ölkə Türkiyənin suverenliyinə hörmətlə yanaşır.

Məsələ ilə bağlı müzakirələr Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasından sonra gündəmə gəlib. Nazirlik bəyan edib ki, İrandan atıldığı ehtimal edilən ballistik raket İraq və Suriya hava məkanından keçərək Türkiyəyə doğru istiqamətlənib.

Məlumata görə, raket Şərqi Aralıq dənizi üzərində yerləşən NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında bildirilir ki, raket Türkiyə hava məkanına daxil olmadan məhv edilib. Hadisə nəticəsində heç bir itki və ya xəsarət qeydə alınmayıb.

Ankara eyni zamanda bəyan edib ki, ölkəyə qarşı istənilən düşmənçilik addımına cavab vermək hüququnu özündə saxlayır. Və tərəfləri regionda gərginliyi artıracaq addımlardan çəkinməyə çağırır.

Hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib ki, Ankara müttəfiqləri ilə məsləhətləşmələr aparıb və ölkənin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülüb. Prezident qeyd edib ki, Türkiyə sərhədlərinin və hava məkanının qorunması məsələsində heç bir riski qəbul etməyəcək. O həmçinin oxşar hadisələrin təkrarlanmaması üçün lazımi xəbərdarlıqlar edilib.

Diplomatik kanallar vasitəsilə də məsələ müzakirə olunub.

Reuters agentliyinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apararaq Ankaranın etirazını çatdırıb. NATO sözçüsü Allison Hart isə təşkilatın Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini və alyansın hava-raket müdafiə sistemlərinin güclü şəkildə fəaliyyət göstərdiyini bildirib.

ABŞ müdafiə naziri Pit Heqset isə hadisənin NATO-nun kollektiv müdafiə mexanizmini nəzərdə tutan 5-ci maddəsinin tətbiqinə səbəb olmadığını deyib. Onun sözlərinə görə, baş verən hadisə alyansın müdafiə imkanlarının effektiv işlədiyini göstərir.

Ekspertlər bildirirlər ki, hadisə Yaxın Şərqdə və regionda onsuz da yüksək olan geosiyasi gərginliyi daha da artırıb.

Türkiyənin cənubunda yerləşən İncirlik Hərbi Hava Bazası isə ABŞ və NATO qüvvələri üçün strateji əhəmiyyət daşıyan əsas hərbi obyektlərdən biri hesab olunur. Sözügedən bu obyektlər uzun illərdir regiondakı hərbi əməliyyatlarda logistika mərkəzi kimi istifadə edilir.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

ABŞ İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq hərbi gəmini torpeda ilə vurdu

Aynur Camal

İran müharibəsi genişlənir: bölgədən təxliyə uçuşları artır

Aynur Camal

Azərbaycana İran dronunun düşdüyü bildirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu