11 C
Baku
17 Aprel 2026, 7:57
Baş xəbərDünya

İran Təhsil Nazirliyi minlərlə mollanı işə götürüb

İranın Təhsil Nazirliyi “Əmin” layihəsi çərçivəsində 26 min dini təhsil alan tələbəni işə götürüb. Bu barədə təhsil nazirinin müşaviri Həmid Nikzad məlumat verib.

İşə götürülən gənc mollalar məktəb və təhsil ocaqlarında, əsasən ideoloji təbliğatla məşğul olacaqlar.

Qeyd edək ki, bundan öncə İranı  təhsil naziri Yusif Nuri ölkədə 40 mindən çox müəllim çatışmazlığı olduğunu desə də, parlamentin təhsil komissiyası müəllim çatışmazlığının daha çox olduğunu bildirib.

Müəllimlərin yetişdirilməsi və işə götürülməsi əvəzinə mollaların təbliğatçı kimi işə götürülməsi təhsil işçiləri tərəfindən narazılıqla qarşılanıb. Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu