23 C
Baku
16 İyun 2025, 19:43
DigərDünya

“İran Ukrayna müharibəsində Rusiyaya silah yardımı etdi”

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əssədullazadə Facebook səhifəsində iki böyük ölkə arasında münasibətlərin son vəziyyətini açıqlayıb:

“ABŞ prezidenti D. Trampla Rusiya prezidenti V. Putin arasında ötən həftə baş tutan telefon danışığında əsas müzakirə predmeti İran olub. Məhz verilən açıqlamada İran məsələsi daha çox müzakirə edildiyi və Rusiyanın da vasitəçiliyi irəli sürüldüyü qeyd olunub.

Görünür, D.Tramp İrana zərbələr endiriləcəyini V. Putinin diqqətinə çatdırıb. Rusiyanın da Ukraynaya kütləvi raket zərbələri endirləcəyinə D.Tramp səssiz qalması, belə bir razılaşmanın olduğunu göstərir.

ABŞ və Rusiya prezidentləri arasında sövdələşmə olaraq tərəflərin bir-birinə güzəştə getməsi, yaxın perspektivdə aydın olacaq. Xüsusilə, ABŞ, Ukraynaya silah yardımını dayandırır. Rusiya isə, İsrail-ABŞ tandeminin İrana hücumuna səssiz qalır.

Qeyd edim ki, İran Ukrayna müharibəsində Rusiyaya silah yardımı edir. Məhz “Şahid’ PUA Rusiyanın Ukrayna üzərində kifayət qədər üstünlük əldə etdi. Rusiya da ŞAHİD PUA zavodu tikildi. Yəni, İran Ukraynada Qərbə qarşı Rusiya ilə eyni cəbhədə yer alıb. Rusiya isə, ABŞ İrana İsrail vasitəsilə hücumuna razılıq verib. Bununla, Rusiya Ukraynada üstünlük qazanmaq və güzəşt əldə etməyi hədəfləyib.

Göründüyü kimi, İranın arxayın olduğu strateji tərəfdaşı olan Rusiya və Çin onu sahədə tək buraxdı. Çin və ABŞ arasında ticarət sövdələşməsi isə baş tutub. Bu, o deməkdir ki, Çin İran hərbi müdaxiləyə qarışmayacaq. İran sahədə tək qalıb. ABŞ -la anlaşma əldə edilməsə, hərbi əməliyyatlar davam etməsi gözlənilir”.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

İslamı qəbul edənlərin sayı artır

Aynur Camal

Qəhvəyə alternativ içki hansıdır?

Aynur Camal

Göyçayda narkomaniyaya aid maarifləndirici tədbir keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu