14 C
Baku
17 Fevral 2026, 18:49
Baş xəbərSiyasət

İran Ukraynanı hədələyir…“Zelenski silahlarımızın dağıdıcı gücünü görür”

Xarici Xəbərlər.

İran nüvə danışıqları qrupunun müşaviri Məhəmməd Mərəndi Ukraynanı raket, dron və müxtəlif İran silahları ilə hədələyib.

M. Mərəndini narahat edən məqam Prezident Volodimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyakın İrandakı dron zərbələrində Ukraynanın rolunun olmasına işarə etməsi olub. İran rəsmisi deyib ki, Zelenski “belə bir axmaqlıq etməyə peşman olacaq”: “Zelenski İranın pilotsuz uçuş aparatları, raketləri və digər silahlarının yoxetmə gücünün təcrübəsini görə bilir”.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak İranın müxtəlif şəhərlərində baş verən partlayışları şərh edərkən Ukraynanın daha öncə xəbərdarlıq etdiyini xatırlatmışdı. Kiyev rəsmisinin bu fikirləri həmçinin İran Xarici İşlər Nazirliyində də hiddət doğurub.

Mənbə:“Al Arabiya”

Aynur Camal

Oxşar xəbərlər

Prezident Donald Tramp İranı nəticələr barədə xəbərdar etdi

Aynur Camal

Qəzzada çadırlar arasında Ramazan hazırlığı

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu