24 C
Baku
5 Sentyabr 2025, 8:40
Digər

İran və IAEA yeni danışıqlar mərhələsini planlaşdırır

Bugun.tv xəbər verir ki, IRNA agentliyi bu barədə İranın Atom Energetikası Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə istinadla məlumat yayıb.

“Hazırda İranın Xarici İşlər Nazirliyi ilə IAEA nümayəndələri arasında iki görüş keçirilib, üçüncü görüş isə planlaşdırılır”, – deyə Məhəmməd Eslami bildirib. O, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqda əsas əngəlin qurumun baş direktoru Rafael Qrossi olduğunu deyib. Məhəmməd Eslaminin sözlərinə görə, agentliyin idarəetmə sistemi hegemon qüvvələrin təsiri altındadır. İranın Atom Energetikası Təşkilatının rəhbəri, həmçinin qeyd edib ki, Tehran IAEA-nın İranın nüvə obyektlərində yoxlamaların aparılmasına qadağa qoysa da, Rusiya mütəxəssisləri tərəfindən tikilən “Buşer” Atom Elektrik Stansiyasında nüvə yanacağının dəyişdirilməsi prosesinə nəzarət etmək üçün agentliyin iki əməkdaşının ölkəyə gəlməsinə icazə verib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

ABŞ Rusiyanın hərbi texnikasına qarşı sanksiya tətbiq etdi

Bugün TV

Almaniya sərhədlərdə yoxlama tədbirlərini sentyabrdan sonra da davam etdirəcək

İntizar Əmirova

Sakit okeanın dərinliklərində “Sarı kərpic yol” aşkarlandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu