13 C
Baku
16 Mart 2026, 16:33
Dünya

İran XİN rəhbəri Avropanı bölgədə müharibəni qızışdırmaqda ittiham etdi

ABŞ-İran danışıqları 2026, Cenevrə görüşləri, nüvə müzakirələri, Arıqçi səfəri, beynəlxalq diplomatiya

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrinin İran İnqilabı Keşikçiləri Korpusunu (DMO) terror təşkilatları siyahısına daxil etməsi qərarını tənqid edərək, bu addımın bölgədə mümkün müharibəni alovlandırdığını bildirib. Nazir bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Əraqçi qeyd edib ki, regionda bir çox ölkə İranla ABŞ arasında genişmiqyaslı müharibənin qarşısını almağa çalışır, lakin Avropa dövlətləri bu prosesdə iştirak etmir. Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-ın istəkləri fonunda “tələsik mövqe” sərgiləyərək İranın milli ordusunu əsassız şəkildə “terror təşkilatı” kimi təqdim etməklə ciddi strateji səhvə yol verir.

İran XİN rəhbəri Avropa ölkələrinin İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı addım atmamasına da diqqət çəkərək, bu fonda Tehranda “insan haqlarını müdafiə etdikləri” iddialarını açıq-aşkar ikili standart kimi qiymətləndirib. Əraqçi bildirib ki, bölgədə mümkün müharibənin nəticələri Avropaya da təsir göstərəcək və enerji qiymətlərinin artımı daxil olmaqla bu siyasət Aİ-nin öz maraqlarına ziddir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İran və Fransa liderləri regiondakı vəziyyəti müzakirə etdi

Aynur Camal

Siyasi ekspertdən ABŞ‑İran münaqişəsi ilə bağlı təhlil

Aynur Camal

ABŞ-da 100 milyondan çox insanı əhatə edən güclü hava şəraiti xəbərdarlığı verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu