Dünya

İran XİN rəhbəri Abbas Araqçidən ABŞ-a sərt mesaj

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın İrana qarşı həyata keçirdiyi bütün düşmən addımların nəticəsiz qaldığını bildirib. O qeyd edib ki, artıq Vaşinqtonun yanaşmasını dəyişməsinin vaxtıdır və İrana qarşı daha hörmətli münasibət sərgilənməlidir.

Araqçi sosial media hesabında Amerika qəzetlərindən biri üçün yazdığı məqalədən bir hissəni paylaşaraq, İran xalqının etirazlar zamanı həyatını itirən yaxınlarının yasını tutduğunu vurğulayıb. Nazir bölgədə “diplomatiyanın tam iflası” kimi yeni və təhlükəli bir riskin yarandığını diqqətə çatdırıb.

Mümkün genişmiqyaslı müharibənin nəticələrinə toxunan Araqçi bildirib ki, belə bir qarşıdurma son dərəcə xaotik və zorakı olacaq və İsrailin, eləcə də onun müttəfiqlərinin iddia etdiyi qısa ssenarilərdən qat-qat uzun sürəcək.

ABŞ Prezidenti Donald Trampa açıq mesaj göndərən İran XİN rəhbəri qeyd edib ki, Vaşinqton sanksiyalar, kiberhücumlar və birbaşa hərbi müdaxilələr də daxil olmaqla bütün düşmən üsulları sınayıb. Onun sözlərinə görə, son olaraq genişmiqyaslı terror əməliyyatları təşviq edilsə də, bütün bu cəhdlər uğursuzluqla nəticələnib. Araqçi ABŞ-ı yanaşmasını dəyişməyə və qarşılıqlı hörmət prinsipinə əməl etməyə çağırıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Tehranın bəzi infrastruktur obyektlərini qəsdən hədəfə almadıq

Aynur Camal

Fransa nüvə arsenalını artırmağı planlaşdırır

Aynur Camal

Şimali Koreya İranın yeni ali rəhbərini dəstəklədiyini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu