11 C
Baku
17 Mart 2026, 16:58
Baş xəbər

İran XİN rəhbəri ABŞ-la gizli təmas iddialarını təkzib etdi

İranın xarici işlər naziri Abbas Erakçi ölkəsinin ABŞ-la birbaşa əlaqədə olması barədə yayılan iddiaları qəti şəkildə təkzib edib. Nazir bu barədə açıqlamanı X sosial şəbəkəsində yayıb.

Erakçi bildirib ki, ABŞ Prezidenti Donald Trumpın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff ilə son təmaslar yalnız ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan əvvəl baş tutub. Onun sözlərinə görə, bundan sonra tərəflər arasında heç bir birbaşa əlaqə olmayıb.

Nazir vurğulayıb ki, əksini iddia edən məlumatlar əsassızdır və ictimaiyyəti, eləcə də enerji bazarını çaşdırmaq məqsədi daşıyır. O qeyd edib ki, bu cür xəbərlər xüsusilə neft bazarında spekulyativ təsirlərə səbəb ola bilər.

Qeyd edək ki, ABŞ-ın Axios saytı anonim mənbələrə istinadən Erakçi ilə Witkoff arasında birbaşa əlaqələrin davam etdiyini iddia etmişdi. Rəsmi Tehran isə bu məlumatları qətiyyətlə rədd edərək, ölkənin mövqeyinin dəyişmədiyini bəyan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ramazanın son günləri ilə bağlı çağırış edib

Aynur Camal

Deputat Ceyhun Məmmədov Torpaq Çərşənbəsi münasibətilə vətəndaşları təbrik edib

Aynur Camal

Prezident İlham Əliyev Qazaxıstanın yeni konstitusiyası referendumunu təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu