Dünya

İran XİN: Tehranda ibtidai məktəbə zərbə endirildi

İran Xarici İşlər Nazirliyi Tehranda yerləşən ibtidai məktəbin ABŞ və İsrailin hücumları nəticəsində vurulduğunu açıqlayıb.

Nazirliyin sözçüsü İsmayıl Bəqai bildirib ki, paytaxtın Nilufər meydanında yerləşən Şəhid Həmədani ibtidai məktəbi hücum nəticəsində zərər görüb. O, sosial şəbəkədə hücumdan əvvəl və sonra məktəbdəki dağıntıları əks etdirən görüntülər paylaşıb. Hadisə nəticəsində itkilərin sayı və hadisənin detalları barədə isə hələlik dəqiq məlumat verilməyib.

Bildirilir ki, məlumat təsdiqlənərsə, bu, müharibə başlayandan bəri İran ərazisində məktəblərə qarşı həyata keçirilən dördüncü hücum olacaq.

Məlumata görə, hücumların ilk günündə Minab şəhərinin cənubunda yerləşən Şəcərə Təyyibə qızlar məktəbi də zərbə alıb. Birləşmiş Millətlər Təşkilatı ekspertlərinin məlumatına əsasən, həmin hücum nəticəsində 160 uşaq və 5 müəllim həlak olub.

Bəzi İsrailə bağlı saytlar və sosial media hesabları məktəbin guya İslam İnqilabı Keşikçiləri Korpusunun bazasına yaxın yerləşdiyini iddia etsə də, araşdırmalar məktəbin ən azı 10 ildir ki, hərbi ərazidən ayrı fəaliyyət göstərdiyini göstərir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

ABŞ ordusu insidentin araşdırıldığını təsdiqləyib. Reuters agentliyinin iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ hərbi müstəntiqləri hücumda ABŞ qüvvələrinin məsuliyyət daşıya biləcəyini ehtimal edir, lakin hələ yekun nəticə açıqlanmayıb.

Volker Türk isə Vaşinqtonu hadisə ilə bağlı təcili, şəffaf və qərəzsiz araşdırma aparmağa çağırıb.

Bu arada, dövlət mediasının məlumatına görə, cümə axşamı Tehranın cənub-qərbində yerləşən Parand şəhərində də iki məktəbə raket zərbələri endirilib.

UNICEF bildirib ki, İrana edilən hücumlar nəticəsində indiyədək 1300-dən çox insan həyatını itirib və onların ən azı 181-i uşaqlardır.

Ekspertlər hər zaman vurğulayırlar ki, məktəblərə qəsdən hücum edilməsi müharibə cinayəti hesab olunur və hücumda ABŞ-ın rolu təsdiqlənərsə, bu hadisə Yaxın Şərqdə mülki əhali arasında ən ağır itkilərdən biri kimi qiymətləndirilə bilər.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Kuba çox yaxında “çökəcək”

Aynur Camal

Rusiya: Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bizi təhdid edir

Aynur Camal

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu