8 C
Baku
22 Dekabr 2024, 7:18
DigərSiyasət

“İran xüsusi xidmət orqanları Azərbaycanın müvafiq qurumları ilə birgə araşdırmada iştirak etməlidir”- Arzu Nağıyev

Deputat Arzu Nağıyev bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisəyə münasibət bildirib.

Bugün.tv-ə danışan deputat qanlı hadisəni terrakt adlandırıb:

“Hadisə zamanı istifadə olunan odlu silah onu göstərir ki, burada məqsəd qanlı olay törətmək olub. Əldə olunan foto-videomateriallar da bunun isbatıdır. Ən dəhşətlisi odur ki,  şəhid və yaralılarımız var. Düşünürəm ki, bu olayla bağlı bir neçə istiqamətdə araşdırma aparılmalıdır. Əgər rəsmi Tehran hadisə ilə heç bir əlaqəsinin olmadığını deyirsə, bu zaman İran xüsusi xidmət orqanları Azərbaycanın müvafiq qurumları ilə birgə araşdırmada iştirak etməlidir”.

Deputatın dözlərinə görə, baş verən hadisədə İran dövləti cavabdehdir və məsələnin aydınlaması üçün əlindən gələni etməlidir:

“Bu məsələdə İran tərəfi Azərbaycandan daha çox maraqlı olmalıdır ki, günahkar dairələr müəyyənləşdirilərək ifşa edilsin. Hər bir dövlət öz ərazisində yerləşən başqa dövlətlərin səfirliklərinin təhlükəsizliyini qorumağa borcludur. O cümlədən də İran. Bu baxımdan baş verən terror hadisəsi həm də Azərbaycanın ərazisinə təcavüz kimi də qiymətləndirilə bilər. Burada, başda Ermənistan olmaqla Azərbaycan-İran münasibətlərinin daha da çıxəlmaz hal almasında maraqlı olan qüvvələrin və dövlətlərin də barmağı ola bilər”

Sonda deputat onu da əlavə etdi ki, bundan sonra İranın Azərbaycandakı səfiriliyinin mühafizəsi gücləndirilməlidir:

“Hesab edirəm ki, İran rəhbərliyi baş verən hadisə ilə bağlı Azərbaycanın narahatçılığını və haqlı qəzəbini anlayır”.

 

 

 

 

 

 

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Yunanıstan hökumətindən Fələstini tanıması tələb olunub

Aynur Camal

BNA: Avtobusların gecikməsi müvafiq tədbirlərin görülməsini aktuallaşdırır

Nigar Məmmədova

Moskva Bakı və İrəvan arasında danışıqlar üçün məkan olaraq qalır — Səfir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu