18 C
Baku
14 Oktyabr 2025, 2:07
DünyaSiyasət

İrana qarşı sərt sanksiyalar tətbiq olundu ..

“İranın nüvə proqramını davam etdirməsində israrlı olması və 12 günlük müharibədə məğlubiyyətə baxmayaraq öz şərtlərindən geri çəkilmir. Artıq, Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya, Fransa) ardınca İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların bir qismini bərpa etmək barədə qərar verib. Həmçinin BMT İrana qarşı sanksiyaları dəstəkləyir” – deyə siyasi ekspert Məhəmməd Əssədullazadə bildirib.

O əlavə edib ki, İranın mühafizəkar kəsimi Qərblə danışıqlarda maraqlı olmadıqlarını, prezident M. Pezeşkianın açılım siyasətinin qarşısını alıblar. Ele bir vəziyyət yaratdılar ki, prezident BMT kürsüsündən mühafizəkarların yazdığı mətni oxumalı oldu.

İrana sanksiyaların tətbiqi ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu sanksiyalar əvvəlki sistemdən fərqlidir. Çünki, İran əvvəlki sanksiyalardan yayına bilirdi. Kölgə ticarətini inkişaf etdirmişdir. Hazırda Qərb kölgə iqtisadiyyatını hədəfə almaqla İranın “nəfəsliklərini” tutacaq. Tətbiq olunmuş sanksiyalar rəsmilərlə birgə İranın əsas iqtisadi sahələrini əhatə edir. Bu sanksiyalara rəğmən İran mühafizəkar sistemi geri addım atmayacaq. Prezident M. Pezeşkian üçün mənfi bir proses başlayır.

İrana tətbiq olunan sanksiyalar Azərbaycan – İran iqtisadi və nəqliyyat əlaqələrinə də təsir edə bilər. İranın “Araz” dəhlizini Orta dəhlizin əsas seqmentinə çevirmək planı uğursuz olacaq.

İranda xalqın ayağa qalxması isə, gözlənilmir. Çünki, 12 günlük müharibəni mühafizəkar sistem öz lehinə çevirə bildi.

Azərbaycan- İran əlaqələrinə gəldikdə isə, bu… orta gərginlik xətti ilə davam etməsi gözlənilir. Xüsusilə, rəsmi Tehran Azərbaycanla yüksək səviyyədə münasibətlərin strateji müttəfiqlik səviyyəsində maraqlı deyil.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə
Aynur Camal

Oxşar xəbərlər

Xosep Qvardiola uğurlu məşqçiliyin sirrindən danışdı

Nigar Məmmədova

Ac yatmağın təhlükələri barədə xəbərdarlıq edildi

Aynur Camal

Polşa Qərbin Rusiyaya qalib gəlməsinin mümkünsüzlüyünü bəyan etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu