17 C
Baku
10 İyun 2025, 2:37
DünyaHadisə

İranda 4,2 ve 4,7 gücündə zəlzələ baş verib

Bugun.tv xəbər verir ki, İranda 4,2 ve 4,7 gücündə zəlzələ baş verib.

Bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb. Episentri Fars əyalətinin Həşt şəhərində olan 4,2 bal gücündə zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb.

Yerin 10 kilometr dərinliyində baş verən yeraltı təkanların Buşəhr vilayətində də hiss olunduğu bildirilib.

Digər tərəfdən, episentri İlam əyalətinin Murmuri şəhərində olan 4,7 bal gücündə zəlzələ yerli vaxtla saat 22:43-də qeydə alınıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, 18 kilometr dərinlikdə baş verdiyi elan edilən yeraltı təkanlar Loristan və Xuzistan əyalətlərində də hiss olunub.

Zəlzələdən sonra can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Mənbə: NTV

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya taktikasını dəyişdi

Aynur Camal

Facebook və Instagram-a süni intellekt profilləri əlavə olunacaq

Aynur Camal

Yeni Papa haqqında nə məlumdur ?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu