İran hökuməti İsraillə atəşkəsi rəsmən elan etdikdən sonra minlərlə iranlı bayramı qeyd etmək üçün küçələrə axışıb.
Xatırladaq ki, İsrail iyunun 13-də nüvə silahı fəaliyyətindəki diqqətəlayiq irəliləyişlərə görə İrana genişmiqyaslı hava hücumu həyata keçirib.
Ağır zərər görərək geri çəkiləcəyi gözlənilən İran hücumlara eyni qüvvə ilə cavab verərək, İsrailin bir çox bölgəsində ağır dağıntılara səbəb olub.
Hər iki ölkə bir-birinin infrastrukturunu hədəf alan hücumlar nəticəsində itki verib.
Bu müddət ərzində bütün dünya İsrailin hücumlarını pisləyərkən Təl-Əvivə açıq dəstək verən ABŞ iyunun 22-də İranda 3 nüvə obyektinə zərbə endirərək ciddi ziyan vurdu.
Bu hücuma cavab olaraq İran ABŞ-ın Qətərdəki hərbi bazasına zərbə endirib.
Bu inkişafın ardınca Qətər hökuməti vasitəçilik fəaliyyətlərinə başlayıb və Donald Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqlayıb.
Əvvəlcə İsrail radiosu, sonra isə İran xəbər agentlikləri atəşkəs elan olunduğunu rəsmən elan ediblər.
İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsin rəsmi statusunu açıqlayarkən Donald Trampa təşəkkürünü bildirib.
İranın xarici işlər naziri Abbas Arakçi açıqlamasında “Atəşkəsi qəbul edirik. İsrail hücum etməsə, biz də hücum etməyəcəyik. İsrail bu müharibəni başlatdı” dedi.
Ərakçinin atəşkəs elan edilməsindən sonra minlərlə iranlı küçələrə axışıb. 11 gün qorxulu bombardmanlar keçirən iranlılar ölkənin bir çox yerində, xüsusən də Tehranda bayram şənlikləri təşkil ediblər.
Maşınları ilə konvoy təşkil edən iranlılar öz ölkələrinin bayrağını dalğalandıraraq sevincdən qışqırıblar.
Mənbə: EnSonHaber