Dünya

İranda aylar sonra internetə qlobal çıxış yenidən açıldı

Bugun.tv xəbər verir ki, İranda beynəlxalq internetə çıxış uzun fasilədən sonra mərhələli şəkildə bərpa olunub.

“Ensonhaber”in yaydığı məlumata görə, İran Prezidenti Məsud Pezeşkiyanın göstərişi ilə ölkədə qlobal internetə girişin yenidən açılması prosesi başlanıb.

Məlumatda qeyd olunur ki, İran 28 fevral tarixində daxili vəziyyət və təhlükəsizlik səbəbləri ilə internetə çıxışı məhdudlaşdırmışdı. Daha sonra proses mərhələli şəkildə bərpa edilib.

Rəsmilər bildiriblər ki, internetin yenidən açılması ilə “ağıllı xidmətlərin” daha stabil işləməsi və rəqəmsal sistemlərin inkişafı təmin olunacaq. Həmçinin ölkədə bilik əsaslı inkişafın və elmi fəaliyyətlərin qarşısında olan maneələrin aradan qalxacağı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl də İranda müxtəlif etirazlar və təhlükəsizlik hadisələri zamanı internet məhdudiyyətləri tətbiq olunmuşdu.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

The Guardian: Özünəinamı artırmağın yolları – psixoloqlar və ekspertlərdən yeni tövsiyələr

Aynur Camal

ABD NATO-da hərbi xərcləri azaltmağa hazırlaşır – Avropada narahatlıq artır

Aynur Camal

Kefirin gözlənilməz faydaları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu