13 C
Baku
16 Mart 2026, 19:22
Dünya

İranda daha bir məktəb hücuma məruz qaldı

İranın Xomeyn şəhərində yerləşən İmam Rza ibtidai məktəbi ABŞ və İsrailin hücumları zamanı hədəfə alınıb.

Yarımrəsmi Mehr News Agencynin yaydığı məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb. Lakin məktəb binası və ətrafdakı mülki tikililərə ciddi ziyan dəyib.

Yayılan görüntülərdə məktəbin divarlarında və sinif otaqlarında böyük dağıntıların olduğu görünür. Həmçinin məktəbin ətrafında yerləşən mülki binaların da hücumdan zərər gördüyü bildirilib.

Əvvəlki hücumlarda ağır itkilər qeydə alınıb

Məlumata görə, Amerika Birləşmiş Ştatlarının 28 fevral tarixində İranın Minab şəhərində yerləşən ibtidai məktəbə təşkil etdiyi hücum zamanı 185 nəfər həyatını itirib. Ölənlərin 139 nəfərinin 7–12 yaşlı uşaqlar olduğu qeyd edilib.

Son hadisələr İranda təhsil müəssisələrini hədəf alan hücumların davam etdiyini göstərir. Yerli rəsmilər zərərin miqyasını və mümkün təhlükəsizlik risklərini qiymətləndirməyə davam edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreya İranın yeni ali rəhbərini dəstəklədiyini açıqladı

Aynur Camal

İran İsraili “ekoloji cinayət”də ittiham etdi

Aynur Camal

Rusiyada Telegram və Apple şirkətlərinə 38,5 milyon rubl cərimə kəsilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu