8 C
Baku
22 Dekabr 2025, 0:56
Baş xəbərDünya

İranda enerji problemi: hökumətlə parlament yanacağın qiymətində razılaşa bilmir

Xarici Xəbərlər. 

“İran hökuməti enerjidaşıyıcılarının, o cümlədən benzinin qiymətini qaldırsa, onda bazar alovlanacaq, insanlar üçün iqtisadi problemlər yaranacaq”- parlamentin Energetika komissiyasının üzvü Qasim Saedi bildirib.

Deputat qeyd edib ki, enerjidaşıyıclarının, xüsusilə benzinin qiymətinin artması başqa malların və xidmətin də qiymətlərinin qalxmasına birbaşa təsir göstərir: “Hökumət heç bir halda enerjidaşıyıcılarının qiymətini artırmamalıdır”.

Q.Saedi əhalinin güzəranının ağırlaşmasından danışmasa da, üstüörtülü şəkildə buna işarə edib: “İndi biz insanların həyat şəraitini yaxşılaşdırmağa, bazarı idarə etməyə çalışmalıyıq. Cəmiyyətin ən zəif təbəqələrinin həyatını yaxşılaşdırmaq yollarını nəzərdən keçirmək lazımdır”.

O vurğulayıb ki, hökumət çıxış yollarından biri kimi yanacağın, o cümlədən benzinin qiymətini qaldırmaqda görür. Parlament isə bu planı qəbul etmir.

Mənbə: mehrnews

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə ilə Çin arasında dəniz məhsulları ixracına dair protokol imzalanıb

Aynur Camal

Dünya vaxtından bir saniyə çıxılacaq: bu niyə və nə vaxt baş verəcək?

Aynur Camal

Co Bayden: Demokratiyada xalqın iradəsi qalib gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu