Baş xəbərDünya

İranda enerji problemi: hökumətlə parlament yanacağın qiymətində razılaşa bilmir

Xarici Xəbərlər. 

“İran hökuməti enerjidaşıyıcılarının, o cümlədən benzinin qiymətini qaldırsa, onda bazar alovlanacaq, insanlar üçün iqtisadi problemlər yaranacaq”- parlamentin Energetika komissiyasının üzvü Qasim Saedi bildirib.

Deputat qeyd edib ki, enerjidaşıyıclarının, xüsusilə benzinin qiymətinin artması başqa malların və xidmətin də qiymətlərinin qalxmasına birbaşa təsir göstərir: “Hökumət heç bir halda enerjidaşıyıcılarının qiymətini artırmamalıdır”.

Q.Saedi əhalinin güzəranının ağırlaşmasından danışmasa da, üstüörtülü şəkildə buna işarə edib: “İndi biz insanların həyat şəraitini yaxşılaşdırmağa, bazarı idarə etməyə çalışmalıyıq. Cəmiyyətin ən zəif təbəqələrinin həyatını yaxşılaşdırmaq yollarını nəzərdən keçirmək lazımdır”.

O vurğulayıb ki, hökumət çıxış yollarından biri kimi yanacağın, o cümlədən benzinin qiymətini qaldırmaqda görür. Parlament isə bu planı qəbul etmir.

Mənbə: mehrnews

Aynur Camal

Oxşar xəbərlər

Oğurladığı telefonları satıb və sevgilisinə maşın aldı

Aynur Camal

“Çoxlarının Baydenin Kiyevə səfərindən xəbəri yox idi”

Aynur Camal

G20 Liderlər Sammitinin 85 maddəlik bəyannaməsi dərc olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu