Dünya

İranda etirazlar dövlət televiziyasında canlı yayımlanır

İranda etirazlar artmaqda davam edir. Paytaxt Tehranda başlayan nümayişlər qısa müddətdə ölkənin bütün 31 əyalətinə yayılıb. Ölkə daxilində genişmiqyaslı internet kəsintiləri davam etsə də, etirazların dövlət televiziyasında canlı yayımlanması diqqət çəkir.

Nümayişlər 2022–2023-cü illərdə Məhsa Əmininin həbsdə ölümündən sonra baş verən kütləvi aksiyalar qədər geniş olmasa da, sürətlə böyüyən sosial narazılığa çevrilib. Etirazların başlanğıc nöqtəsi Tehranda tacirlərin milli valyuta olan rialın kəskin dəyərdən düşməsinə etirazı olub. Zamanla hərəkat cəmiyyətin müxtəlif təbəqələrini əhatə edərək hökumət əleyhinə aksiyalara çevrilib.

Məlumatlara görə, indiyədək etirazlar zamanı azı 45 nəfər ölüb, 2200-dən çox insan saxlanılıb. Cümə axşamı ölkə üzrə internet kəsintisinə başlanılıb. İnternetin monitorinqi ilə məşğul olan NetBlocks təşkilatı kəsintilərin cümə gününə qədər davam etdiyini bildirib. Təşkilatın açıqlamasında qeyd olunub ki, bu addım ictimaiyyətin kritik bir zamanda ünsiyyət hüququnu məhdudlaşdırır.

İnternetin kəsilməsinə baxmayaraq, etirazlar getdikcə daha gərgin xarakter alır və dövlət televiziyasının aksiyaları canlı yayımlaması ictimaiyyətdə müzakirələrə səbəb olub. Nümayişlərdə bəzi mollaların da iştirakı müşahidə olunur ki, bu da rejimə qarşı açıq etiraz kimi qiymətləndirilir.

İranın Ali Lideri Əli Xamenei etirazlarla bağlı ilk açıqlamasını dövlət televiziyası vasitəsilə verib.

O, xalqı birliyə çağıraraq, ölkədə bəzi iğtişaşçıların ABŞ Prezidenti Donald Trampı razı salmaq üçün ictimai əmlaka zərər vurduğunu iddia edib. Xamenei bildirib ki, Tramp öz ölkəsindəki problemlərlə məşğul olmalı və İran xarici qüvvələr üçün çalışan muzdlu elementlərə dözməyəcək.

Bu arada ABŞ Prezidenti Donald Tramp internet kəsintilərinin fonunda açıqlama verərək, “Onların vəziyyəti çox pisdir. Əgər insanları öldürməyə başlasalar, biz çox sərt cavab verəcəyik” deyə hədələyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İran dövlət televiziyası: İsrailə yeni raket hücumu dalğası başladılıb

Aynur Camal

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu