17 C
Baku
10 İyun 2025, 6:33
Baş xəbərDünya

İranda gənc həkim döyülərək öldürülüb

Xarici Xəbərlər

İranda gənc həkimin polis bölməsində öldürülməsinə dair dəhşətli təfərrüatları: “Onu o qədər döydülər ki, öldü”.

Zahedan şəhərində həbs olunan gənc etirazçılardan biri İbrahim Riqinin ölüm xəbərinin yayılmasından bir saat sonra onun ölümü ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

Rəsmi mənbələr 24 yaşlı etirazçının “döyülmə” nəticəsində öldüyünü açıqlasa da, bəzi bəluç fəalları onun bir müddət həbs olunduqdan sonra azadlığa buraxıldığını, yenidən siyasi mövqe bildirməsinin ardınca isə bu dəfə polis idarəsində hücuma məruz qalaraq dünyasını dəyişdiyini bildirirlər.

24 yaşlı həkim İbrahim Rigi Zahidan şəhərində baş verən “Qanlı cümə” hadisələrindən sonra yaralılara yardım edirdi. Ötən il sentyabrın 30-da Zahidanda etirazçılar nümayiş keçirən zaman polis qüvvələri onlara atəş açıb. Rəsmi statistika həmin gün 35 nəfərin öldürüldüyünü, müxaliflər isə ən azı 100 nəfərin qətlə yetirildiyini bildirir.

Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

Zelenski iftarda iştirak edib

Nigar Məmmədova

ABŞ prezidentliyi yarışında Bayden Trampı üstələdi

Kəmalə Sultan

Qalaktikamızdakı qara dəliyin yeni şəkli yayımlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu