25 C
Baku
3 İyul 2025, 10:15
Dünya

İranda hava çirkliliyinə görə dövlət qurumlarının fəaliyyəti dayandırılıb

Bugun.tv xəbər verir ki, İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb. Tesnim Xəbər Agentliyinin məlumatına görə, Şimali Xorasan Böhran İdarəetmə Meneceri Qulam Rıza Şefik mövzu ilə bağlı məlumat verib. Şefik, “300 mikroqram/kubmetri keçən hava çirkliliyi səbəbiylə bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırıldı.” dedi. Məşhəd şəhərində havanın çirklənməsinin artması ilə əlaqədar dövlət müəssisələri və məktəblər bağlanıb. Rezevi Xorasanının Ətraf Mühitin Mühafizəsi üzrə direktoru Mehdi Divinepur bildirib ki, toz fırtınası səbəbindən Məşhəddə havanın çirklənməsi 236 mikroqram/kubmetr səviyyəsindədir. İran rəsmisi insanları, xüsusən də ürək və tənəffüs yolu xəstəlikləri olanları məcburi olmadıqca evdən çölə çıxmamağa çağırıb.

TRT Haberin məlumatına görə, məşhəd hava çirkliliyi ilə bağlı təcili işçi qrupu da şəhərdə dövlət qurumlarının və məktəblərin bağlandığını açıqlayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Vəba epidemiyası 121 nəfərin həyatına son qoydu

Nigar Məmmədova

Silahlı hücum oldu: 11 ölü var

Bugün TV

İsrailli müştərilərə oteldən imtina etdilər!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu