13 C
Baku
10 Aprel 2026, 20:20
Digər

İranda məktəbə hücumda həlak olan şagirdlər anıldı

İranın Hörmüzqan vilayətinin Minab şəhərində ibtidai məktəbə edilən hücum nəticəsində həyatını itirən şagirdlər faciənin 40-cı günündə anılıb.

ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başladığı hücumların ilk günündə baş verən hadisə münaqişənin ən faciəli epizodlarından biri kimi qiymətləndirilir.

Məlumata görə, məktəbə endirilən zərbə 40 dəqiqə fasilə ilə iki dəfə həyata keçirilib. Nəticədə çox sayda şagird və müəllim həyatını itirib.

Faciədən sonra ailələr övladlarının məzarlarını ziyarət edərək göz yaşları töküb. Sosial mediada yayılan görüntülərdə valideynlərin övladlarının qəbirləri üzərində ağladıqları əks olunub.

Qeyd edək ki, ABŞ-İran arasında 40 gün davam edən qarşıdurmadan sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunub.

Hadisə ilə bağlı açıqlama verən ABŞ müdafiə naziri Pete Hegseth məktəbə hücumla bağlı araşdırmanın başladıldığını bildirib. O, ABŞ ordusunun mülki obyektləri hədəf almadığını vurğulayıb.

Ağ Evin sözçüsü Karoline Leavitt isə ABŞ-ın məktəbi vurduğuna dair dəqiq məlumat olmadığını qeyd edərək, məsələnin araşdırıldığını bildirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Neft emalı zavodunda yanğın: xəsarət alan yoxdur

Aynur Camal

Belçikanın Antverpen limanında neft sızması gəmi hərəkətini dayandırdı

Aynur Camal

Rza Pəhləvi: İran xalqı doğru zamanda ayağa qalxacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu