22 C
Baku
9 Sentyabr 2025, 1:28
Baş xəbərHadisə

İranda məhbus qadınlar həbsxananı yandırdılar

Bugun.tv xəbər verir ki, İranın Tehran vilayətindəki Kerçek Qadın Həbsxanasında məhbusların həbsxana rəhbərliyinə etiraz olaraq çarpayılarını və paltarlarını yandırması nəticəsində yanğın baş verib.

Bildirilib ki, yanğına səbəb edam məhbuslarının həbsxana rəhbərliyinə etiraz olaraq çarpayılarını və paltarlarını yandırması olub.

Ədliyyəyə bağlı Mizan Xəbər Agentliyi də hadisədə can və mal itkisinin olmadığını açıqlayıb.

Rəsmilərin vaxtında müdaxiləsi ilə yanğının qısa müddətdə söndürüldüyü və təcridxanada vəziyyətin normallaşdığı bildirilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dağlıq Qarabağ məsələsi ilə bağlı 3 tərəfli qərar qəbul edilib

Aynur Camal

Rusiyanın Fransadakı konsulluğunun ərazisində partlayışa səbəb kim olub?

Aynur Camal

Fəratda qızıl həyəcan! Həqiqət sonradan üzə çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu