13 C
Baku
15 Aprel 2026, 19:50
DünyaHadisə

İranda partlayış oldu

İranın bir sıra şəhərlərində  partlayış səsləri eşidilib.Silah-sursat anbarlarında partlayışlar olub. Təbrizdə həyəcan siqnalı verilir. Qırıcı təyyarələr havaya qaldırılıb.

İranın ən böyük sənaye şəhərciyi olan Azərşehrdə neft emalı zavodu yanır. Çoxlu neft çənləri partlayıb. Şiddətli yanğın davam edir.

İsrail HHQ məxsus təyyarələr Suriyanın Homs əyalətində yerləşən “Tifor” aviabazasına hücum edib.

İran müxalifəti bütün İran vətəndaşlarını hərbi baza və anbarlardan uzaqlaşmağa çağırır. Onlar həmçinin böyük ehtimalla ikinci və üçüncü zərbə dalğasının olacağını bildirirlər.

Həmədanda işıq kəsilib. Bir sıra şəhərlərdə internet verilişində fasilələr yaranıb. “Al Arabia” İsrailin İranın daxilində xüsusi əməliyyatlara başladığını deyir.

Bütün bunların ardından  İsrailin baş naziri Netanyahu açıqlama verdi: “Bu gecə terror təşkilatlarına hücum etmək qərarına gəldik. Cavabımız güclü, sürətli və dəqiq olacaq. Kim bizə zərər vermək istəsə, biz də ona zərər verərik, yəhudi dövlətinə hücum edənlər, bunun cavabını artıqlaması ilə ödəyəcəklər”.

Beləliklə, bu günkü hücumların nəticələri:

🔺Təbrizdə dron fabriki bombalanıb.

🔺İsfahanda dronlar üçün sursat, mərmi və raket istehsalı zavodu bombalanıb

🔺Mallardda silah saxlama anbarı partladılıb.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu