11 C
Baku
15 Mart 2026, 19:07
DünyaSiyasət

İranda PJAK ordu ilə toqquşdu: 1 əsgər şəhid oldu

Bugun.tv xəbər verir ki, İranın Kürdüstan əyalətində İnqilab Keşikçiləri Ordusu ilə terror təşkilatı PKK-nın İran qanadı PJAK arasında baş verən qarşıdurmada 1 əsgər öldürülüb.

Belə ki, İran İnqilab Keşikçiləri Ordusundan verilən açıqlamada ölkənin qərbindəki Merivan şəhərinin Derreh Tefi və Kani Sənan kəndlərində PKK terror təşkilatı PJAK-ın İran qanadı ilə qarşıdurma baş verib. İnqilab Keşikçiləri Ordusunun “Rüzgar Təbirə” adlı əsgərinin qarşıdurmada həyatını itirdiyi bildirilib. Qeyd edəki ki, İran bir müddət əvvəl Kürdüstan əyalətində PJAK terror təşkilatına qarşı havadan və qurudan əməliyyatlara başlamışdı.Hərbi əməliyyatla bağlı verilən açıqlamada “anti-rejim qrupları” adlandırılan terror təşkilatlarının qərargahlarının tamamilə məhv ediləcəyi və bölgənin terrorçu ünsürlərdən təmizlənəcəyi bildirilib.

Mənbə:Cumhuriyet

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu