İranda sosial şəbəkələr üzərindən ictimaiyyəti çaşdırmaq və təhlükəsizliyi təhdid etməkdə şübhəli bilinən 466 nəfər saxlanılıb.
Məlumata görə, Yaxın Şərqdə davam edən gərginlik fonunda İran hakimiyyəti onlayn fəaliyyətlərə nəzarəti daha da sərtləşdirib. İran polisi bildirib ki, ABŞ və İsrailin daxildə sabitliyi pozmaq məqsədilə müxalif qruplardan istifadə etdiyi iddia olunur. Bu çərçivədə aparılan əməliyyatlar nəticəsində yüzlərlə şəxs barəsində tədbir görülüb.
Rəsmi açıqlamada saxlanılan şəxslərin sosial mediada ictimaiyyəti yanlış məlumatlandırmaq, cəmiyyətdə qorxu və narahatlıq yaratmaq, psixoloji qeyri-sabitlik formalaşdırmaq və xarici qüvvələrlə əməkdaşlıq etməkdə şübhəli bilindikləri qeyd olunub.
Həmçinin onların sosial şəbəkələr vasitəsilə təhlükəsizliyə təhdid yaradan fəaliyyətləri təşkil etdikləri vurğulanıb. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
Mənbə: Ensonhaber
