35 C
Baku
20 İyul 2025, 12:19
Baş xəbərDünya

İrandakı zəlzələnin ‘gizli nüvə sınağı’ olduğu ortaya çıxdı!

İranın Simnan əyalətində baş verən 4,4 bal gücündə zəlzələnin ‘gizli nüvə sınağı’ nəticəsində baş verdiyi iddia edilib. Tehranın ilk nüvə sınağını keçirdiyi iddia edilsə də, bunun öz ərazisinə edilən hücuma qarşı çəkindirici tədbir ola biləcəyi və İranın əsas məqsədinin hədə-qorxu olduğu barədə fərziyyələr yayıldı. Ötən şənbə İranın Simnan əyalətinin Aradan şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. Tehranın bəzi bölgələrində hiss edilən zəlzələnin ilk nüvə sınağından qaynaqlandığı iddia edilib. Tehran rejiminin İsrailin öz ərazisinə hücumlarına qarşı çəkindirici tədbir olaraq ilk yeraltı nüvə sınağını həyata keçirməsi ilə bağlı iddialar irəli sürülüb.

Nüvə sınaqları ilə bağlı iddialar onlarla iranlı qanunvericinin ölkənin Ali Milli Təhlükəsizlik Şurasına məktublar yazaraq nüvə silahı əldə etməyə çağırdığı bir vaxta təsadüf edir.

İran xəbər agentliyi nüvə sınağı ilə bağlı iddiaların “şayiə” olduğunu bildirib və nüvə sınağının Tehranın doktrinasına zidd olduğunu vurğulayıb. Bununla belə, sosial şəbəkələrdə İranın ilk nüvə sınağını keçirməsi ilə bağlı iddialar çox olub. İddialar sosial mediadan kənara çıxdı və qərb mediasında da yer aldı.

Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondu (FDD) 2019-cu ildə İranın “Sahə Layihəsi” kimi tanınan yeraltı nüvə sınaqları meydançalarının tikintisi proqramına start verdiyi barədə hesabat dərc edib. 2019-cu il hesabatına görə, tədqiqatçılar 2003-cü ildə yeraltı nüvə partlayıcısının məhsuldarlığını ölçmək üçün seysmik metodların inkişafı çərçivəsində qeyri-nüvə yeraltı partlayıcı sınaqların keçirildiyi ehtimal olunan yeri (Semnanın cənub-şərqində) müəyyən ediblər. Bu, Simnanda baş verən zəlzələnin Tehranın ilk nüvə sınağı ilə əlaqəli ola biləcəyi ehtimalını artırdı.

İran parlamentində 39 deputat nüvə silahını qadağan edən fətvanın dəyişdirilməsini tələb edib.  Məsələ ilə bağlı Məşhədin müavini Həsən Əli Əhlaki məlumat verib. Heç bir beynəlxalq təşkilatın İsraili cilovlaya bilməyəcəyinə işarə edən Əhlaki, “İranın müdafiə doktrinasının nəzərdən keçirilməsini ehtiva edən məktubu 39 deputatın imzası ilə İran Parlamentinin Milli Təhlükəsizlik Ali Şurasına təqdim etdik” deyib. İran lideri Əli Xamneyinin fitvasına uyğun olaraq kütləvi ölümlərə səbəb olan silahların, o cümlədən nüvə silahlarının qadağan olunmasını ehtiva edən müdafiə doktrinasına işarə edən Əhlaki, Xamneyinin bu mövzuda verdiyi fitvanın ehtiyatlı olduğunu, lakin Cəfəri fiqhinə görə, “Şərtlər dəyişdikcə fətva da dəyişə bilər.”

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Kömür mədənində partlayış oldu: 11 nəfər öldü

Bugün TV

“Tottenhem” Ancelos Postekoğlunun baş məşqçi təyin olunduğunu açıqladı

Nigar Məmmədova

Usta senarist vəfat edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu