19 C
Baku
28 İyun 2025, 6:51
Baş xəbərHadisəKriminal

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitə aşkarlandı

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugün.tv – yə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sım kəndi ərazisində əməliyyat tədbiri keçiriliblər. Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Lənkəran şəhər sakini saxlanılıb. Onun Elxan Həsənov olduğu müəyyən edilib.

E.Həsənovun idarə etdiyi avtomobili yoxlanılıb.Yük yerinə baxış zamanı 46 kiloqram, o cümlədən 20 kiloqram tiryək, 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin, 2000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı E. Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dünya şöhrətli sənət adamları Qəzzada baş verən soyqırıma səssiz qalmadılar

Aynur Camal

Çin uzaqdan zondlama aparan gəmiizləmə peyklərini orbitə buraxdı

Bugün TV

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu