33 C
Baku
20 İyul 2025, 19:13
Baş xəbərDünya

İrandan Türkiyə və Azərbaycana qarşı daha bir xəyanət

Xarici Xəbərlər

İrandan Türkiyə və Azərbaycana qarşı daha bir xəyanət: Minatəmizləmə Mərkəzinin nümayəndə heyəti İrəvanda qondarma “Soyqırımı Memorialı”nı ziyarət edib. İran İslam Respublikasının minalardan təmizləmə mərkəzinin nümayəndə heyətinin Ermənistana səfəri davam edir. Ermənistanın humanitar və minalardan təmizlənməsi üzrə ekspert mərkəzi xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistan Müdafiə Nazirliyinin xüsusi işlər üzrə direktoru Levon Xaçatryan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla rəsmi görüş keçiriblər.

İranın Minalardan Təmizləmə Mərkəzinin sədri general Məhəmmədhüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın tarixi və mədəni yerlərinə, o cümlədən İrəvandakı Göy məscidə baş çəkib.

Qonaqlar habelə Tsisernakabarddakı qondarma “Erməni Soyqırımı Memorialını və Muzeyini” də ziyarət ediblər.

Görüşün sonunda Ermənistanın Ərazilərin Minalardan Təmizlənməsi və Humanitar Ekspertiza Mərkəzi ilə İranın Minatəmizləmə Mərkəzi arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı birgə protokol imzalanıb.

Aynur Camal

Oxşar xəbərlər

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Bugün TV

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş həvəskar komandalar arasında futbol turnirinə start verildi

Nigar Məmmədova

PKK-ya qarşı nöqtə əməliyyatı keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu