21 C
Baku
11 İyun 2025, 3:29
Baş xəbərDünya

İranın ali dini lideri Xamneyidən diqqətçəkən açıqlamalar: İsrailin əsl hədəfi Suriya deyil!

İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, İsrailin Suriyaya müdaxiləsi ilə bağlı bəyanatlarında əsas hədəf İrandır. Xamenei bəyan edib ki, Hizbullah da İranla yanaşı hədəfdədir. İranın Dini Lideri Ayətullah Əli Xamenei müxtəlif təbəqələrdən olan İranlı və xarici qadın nümayəndələri ilə görüşündə verdiyi açıqlamalarla diqqət çəkib. Qərb ölkələrinin qadın hüquqları məsələsindən İrana qarşı istifadə etdiyini bildirən Xamenei deyib:

”Bu gün Qərb dünyası qadın hüquqları, azadlığı və feminist şüarlar arxasında gizlənərək öz qeyri-insani siyasi məqsədlərini həyata keçirməyə çalışır. Düşmən boş dayanmır ki, İran İslam Respublikasını diz çökdürmək üçün istifadə etdiyi müharibə, sui-qəsd və terror kimi üsulların işə yaramadığını anlayıb. Bu səbəbdən təbliğat və media kimi yumşaq güc elementlərindən istifadə edir. Cəmiyyətin bütün təbəqələri və qadınlarımız düşmənin bu tələlərinə qarşı ayıq olmalıdırlar”.

İsrailin Suriya üzərindən İran və Hizbullahı hədəf alacağını iddia edən Xamneyi Tel-Əvivi hədəfə alaraq açıqlamalarına belə davam edib:

“Sionist İsrail rejimi Suriya ərazisindən hazırlıq görərək Hizbullahı mühasirəyə və məhv edə biləcəyini düşünür. Həqiqətən yox olacaq İsrail rejimidir. Suriyada baş verənlərdən sonra ABŞ və İsrail bəzi işbirlikçiləri ilə birlikdə bölgədəki müqaviməti tamamilə məhv edəcəklərini düşünürlər ki, bu tamamilə yanlışdır. Həsən Nəsrullah və Yəhya Sinvarın ruhu yaşayır və onların ideyası və yolu davam edəcək”.

İranın Fələstin müqaviməti və Hizbullahı dəstəkləməyə davam edəcəyini vurğulayan Xamenei, “Bir gün mücahidlər bu şər düşmənin yox olacağını görəcəklər” deyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kamal Kılıçdaroğlu: “Demokratiya tezliklə Türkiyəyə gələcək”

Nigar Məmmədova

Qaçaqmalçılıq yolu ilə gətirilən 7 ton spirt ələ keçirildi

Bugün TV

Afrikada dörd ildə 2700-dən çox kərgədan öldürüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu