23 C
Baku
10 İyun 2025, 0:11
Baş xəbərDünya

İranın Almaniyaya sərt cavabı: Uşaq qatillərini və terrorçuları dəstəkləməyi dayandırın

İranın xarici işlər naziri Abbas Erakçi İranda terror aktları törətməkdə təqsirli bilinərək edam edilən Almaniya-İran vətəndaşı ilə bağlı Berlindən gələn reaksiyalara sərt cavab verib. Erakçi reaksiyalara “İranda Almaniya tərəfindən dəstəklənən heç bir terrorçu toxunulmaz deyil” deyə cavab verib.

İran və Almaniya arasında gərginlik…

İranda terror aktları törətməkdə təqsirli bilinən Cəmşid Şarmehd ötən gün edam edilib. Edamdan sonra Almaniya-İran vətəndaşı üçün Berlində reaksiya səsləri eşidilib.

İranın xarici işlər naziri Abbas Erakçi sosial media hesabında Almaniyanın etirazları ilə bağlı paylaşım edib.

“İranda heç bir terrorçu Almaniya tərəfindən dəstəklənsə belə, toxunulmaz deyil”. Erakçi açıqlamalarından istifadə edərək, Şarmehdin Şirazda məscidə edilən, qadın və uşaqların da olduğu 14 nəfərin həyatını itirdiyi terror aktına rəhbərlik etdiyini bildirib.

İsrailin mülki fələstinlilərin yaşadığı yerləri hədəf alan hücumlarını qanuniləşdirən açıqlamalar verən, Təl-Əvivin Qəzza və Livandakı hücumlarını açıq şəkildə dəstəkləyən Almaniya xarici işlər naziri Annalena Baerboka xitabən bu açıqlamaları verib:

Bu kifayət qədər manipulyasiyadır. Uşaq qatillərini və terrorçuları dəstəkləməyi dayandırın və ikiüzlü insan haqları şüarları arxasında gizlənməyin.

“Tonder” və “İran Krallığı Şurası” kimi tanınan təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı və bütün ölkə boyu bəzi silahlı aksiyalar və təxribatların təşkilində ittiham olunurdu.

İran Kəşfiyyat Nazirliyi ikili İran-Almaniya vətəndaşı olan və 2003-cü ildən ABŞ-da yaşadığı bilinən Şarmehdin 2020-ci ilin iyulunda xaricdə tutularaq ölkəyə gətirildiyini açıqlayıb.

Ailəsi Şarmehdin Birləşmiş Ərəb Əmirliklərində “oğurlandığını” bildirib.

Şarmehd 2023-cü il fevralın 21-də mühakimə olunduğu məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.

İranı Şarmehdə verilən ölüm hökmünü ləğv etməyə çağıran Almaniya fevralın 22-də İranın Berlindəki səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.

Şarmehd dünən Ali Apellyasiya Məhkəməsində onun barəsində çıxarılan hökmü təsdiqlədikdən sonra edam edilib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Prezident İ.Əliyev: “Türkiyə ilə birgə fəaliyyətimiz həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq”

Kəmalə Sultan

Rusiya: Biz mülki hədəflərə hücumları pisləyirik

Bugün TV

Avtomobil qəzasında həlak olan hərbi qulluqçularına şəhidlik statusu veriləcək

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu