21 C
Baku
11 İyun 2025, 2:13
Baş xəbərDünya

İranın Beyrut səfirliyindən “Hizbullah tunelləri ilə İsrailə hücum” təhdidi

İranın Beyrut səfirliyi Hizbullahın paylaşdığı “tunel” videosu ilə bağlı verdiyi yazılı açıqlamada, “Lazım gələrsə, İranın istənilən nöqtəsindən düşmənə hücum edə bilərik” deyib.

İranın Beyrut səfirliyi X sosial media hesabında bu gün Hizbullah tərəfindən paylaşılan “İmad-4” raket qurğularının tunel paylaşımı ilə bağlı açıqlama yayıb.

Bəyanatda deyilir: “Biz fars dilində yerin altında, qaya və dağlarda yerləşən raket qurğularına “raket şəhərləri” deyirik. Bu raket şəhərləri İranın sevimli coğrafiyasında mövcuddur və İranın düşmənlərinin qəlbində qorxu yaradır” ifadəsi işlədildi.

İsraili nəzərdə tutan bəyanatda, “Lazım gələrsə, İranın istənilən nöqtəsindən düşmənə hücum edə bilərik” deyə bəyanat daxil edilib.

10 aydır sərhəd xətti üzərində İsrail ordusu ilə döyüşən Livanda İranın dəstəklədiyi Hizbullah Hərəkatı ilk dəfə olaraq uzun mənzilli raketləri daşıyan maşınların keçə biləcəyi tunellərinin görüntülərini paylaşıb. İri maşınlarda daşınan uzaqmənzilli raketlərin olduğu tunellərin “İmad-4” adlandırıldığı bildirilib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Elektrik avtomobilinin akkumulyatorunda törəyən yanğın 5 maşını külə döndərdi

Bugün TV

Vaxtın ölçülməsinin yeni üsulu tapıldı

Aynur Camal

Netanyahu ABŞ Konqresinin birgə iclasında çıxış edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu