21 C
Baku
28 İyun 2025, 1:28
Baş xəbərDünya

İranın bir gecədə İsrailə atdığı raketlərin dəyərinin təxminən 287 milyon dollar olduğu bildirilir

Bildirilib ki, İsrailin 13 iyunda həyata keçirdiyi irimiqyaslı hücumlardan sonra İranın bir gecədə ballistik raketlə cavab zərbəsi vurmasının İsrail üçün təxminən 287 milyon dollar təşkil edib.

Yaxın Şərqdə gərginlik pik həddə çatıb…

İyunun 13-də İsrailin başlatdığı “Yüksələn Aslan” hücumlarına İranın cavab verməsi ilə başlayan müharibə 6-cı gününə qədəm qoyub.

Haaretz qəzeti Qəzza zolağına hücumlar başlayandan sonra İsrailin hava hücumundan müdafiə sistemlərinin ciddi çətinliklərlə üzləşməyə başladığını və İrandan atılan ballistik raketlərlə bu çətinliklərin daha yüksək səviyyəyə çatdığını yazıb.

Xəbərdə İrandan atılan raketlərin əksəriyyətinin ələ keçirildiyi, bəzilərinin isə hava hücumundan müdafiə sistemindən yan keçərək can itkisi və külli miqdarda maddi ziyana səbəb olduğu vurğulanıb.

Xəbərdə ötən gecə İrandan atılan 10-12 ballistik raketin hava hücumundan müdafiə sistemi ilə tutulmasının dəyərinin 287 milyon dollar olduğu da vurğulanıb.

Haaretz-ə danışan Israel Aerospace Industries (IAI) baş direktoru Boaz Levi, “İsrailin hava hücumundan müdafiə sistemləri ilə bağlı “Apreldə bizə 100 raket atdılar. Oktyabrda bu rəqəm 200-ə çatdı. İndi onlarla raket dalğaları sürətlə gəlir” deyib.

İsrailin iqtisadi qəzeti Globes İsrailin hava hücumundan müdafiə sistemlərinin dəyərinin Təl-Əviv administrasiyası üçün ağır yük olduğunu yazıb.

Raket və ya raketin qarşısını almaq üçün Dəmir Günbəzin dəyərinin təxminən 30 min dollar, David’s Sling-in təxminən 700 min dollar, Arrow 2 və Arrow 3 hava hücumundan müdafiə sistemlərinin isə müvafiq olaraq təxminən 1,5 milyon və 2 milyon dollar olduğu bildirilib.

İsrail hökumətinin mətbuat xidməti bu gün elan edib ki, İran iyunun 13-dən bu yana 400-dən çox ballistik raket və yüzlərlə pilotsuz uçan aparat atıb və bunlardan təxminən 35-i İsrailin müxtəlif bölgələrini vurub.

İSRAİLDƏ AZI 24 İNSAN ÖLDÜRÜLDÜ

İsrailin 13 iyunda başlatdığı hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirib və cəmi mülki itkilərin 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində isə 24 nəfərin həlak olduğu bildirilib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Aynur Camal

Azərbaycanda COVID-19 vaksininin vurulan dozalarının sayı açıqlanıb

Bugün TV

Apple Watch modellərinə kamera dəstəyi gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu