11 C
Baku
23 Dekabr 2024, 16:25
DünyaHadisə

İranın cənub-şərqində qum fırtınası səbəbindən dövlət qurumları yenidən tətilə çıxdı

Bugun.tv xəbər verir ki, İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinin bir çox şəhərlərində qum fırtınası səbəbindən dövlət qurumlarının fəaliyyəti bir gün daha dayandırılıb.

İranın rəsmi agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari bölgədə qum və toz fırtınalarının davam etdiyini bildirib.

“Bu gün Zabul şəhərində küləyin sürəti saatda 108 kilometrə çatıb. Havada tozun miqdarının artması səbəbindən Zabulda 600 metrə, Zehekdə isə 700 metrə qədər görmə qabiliyyəti azalıb”.

İran rəsmisi bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən vilayətin şimalında yerləşən Zabul, Hamun, Zehek, Hirmend və Nimruz şəhərlərindəki bütün dövlət qurumları bir gün daha tətilə buraxılıb.

Vətəndaşlara, xüsusən də tənəffüs problemli xəstələrə məcbur olmadıqca çölə çıxmamağı tövsiyə edən Haydari maskalardan istifadəni önə çəkib.

Qum və toz fırtınası ilə əlaqədar dünən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində dövlət qurumları və banklar bağlanıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Nigeriyada silahlı hücum: 21 nəfər həyatını itirdi

Bugün TV

Polşada legionella bakteriyasından ölənlərin sayı 16-ya yüksəlib

Kəmalə Sultan

Oyun yastığı: qəribə aksesuar onlayn satılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu