9 C
Baku
27 Dekabr 2024, 22:42
Baş xəbərDünya

İranın Ciddədəki konsulluğu 7 ildən sonra yenidən açılıb

Bugun.tv İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən bildirir ki, Ciddə konsulluğu və İƏT-in İrandakı daimi nümayəndəliyi 7 ildən sonra yenidən fəaliyyətə başlayıb.

Açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri iştirak edib.

İranın Ər-Riyaddakı səfirliyinin rəsmi açılışından sonra Ciddədəki konsulluq və İranın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəliyi yenidən fəaliyyətə başlayıb.

Xarici işlər nazirinin müavini Əli Rıza Bigdeli Ər-Riyad səfirliyinin rəsmi açılışında iştirak edib.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib və İran hakimiyyəti ardıcıl açıqlamaları ilə edamlara reaksiya verib.

Bu bəyanatlardan sonra İranda nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyini və Məşhəddəki konsulluq binasını yandırıblar.

Hücumlardan sonra Səudiyyə Ərəbistanı administrasiyası yanvarın 3-də İranla diplomatik əlaqələri kəsdiyini elan edib.

Ər-Riyad və Tehran 7 illik fasilədən sonra martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və səudiyyəli həmkarı Feysəl bin Ferhan da aprelin 6-da Pekində görüşüb və iki ölkənin səfirliklərinin açılması, iki ölkə arasında uçuşların bərpası və vizaların sadələşdirilməsi barədə razılığa gəliblər.

Abdullahiyan mayın 11-də verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Tehran səfirini onlara təqdim etdiyini, həmçinin qısa müddət ərzində Ər-Riyada təyin olunacaq səfirlə bağlı Səudiyyə Ərəbistanına məlumat verəcəklərini bildirib.

İran xarici işlər nazirinin müavini Əli Rza Enayetinin mayın 23-də Ər-Riyad səfiri təyin edildiyini və İranın Ər-Riyaddakı səfirliyinin iyunun 6-da yenidən açıldığını açıqlayıb.

Mənbə:EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Özünə aid olmaq nə deməkdir?

Aynur Camal

Hərbi həkim Ukrayna Silahlı Qüvvələrinin komandanlığı və şəxsi heyətindəki problemlərdən danışdı

Bugün TV

Sultan Raev: “Şuşa təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu